Xəbər verdiyimiz kimi, "Qarabağ”ın Ağdamda uşaq futbolçular üçün seçimləri keçirilib.

Rekord xəbər verir ki, seçimlərdən öncə klubun nümayəndələri Şəhidlər xiyabınını ziyarət ediblər.

Quzanlı qəsəbə stadionunda 2006-2013-cü il təvəllüdlü oğlanlar arasında aparılan seçimlərdə 200-dən çox uşaq iştirak edib.

Əldə etdiyimiz məlumata görə, Ağdam klubunun rəhbərliyi Ağdamda akademiya açmağı da düşünür. Düzdür, hələlik bununla bağlı ilkin versiyalar üzərində düşünülür. Çünki bəzi əsələlər var ki, onlar həllini tapalıdır. Bu işdə Ağdamın icra hakimiyyəti də kluba dəstək verməlidir. Xüsusilə texniki məsələlərin həllində. İlkin mərhələdə akademiyanın Quzanlıda, gələcəkdə isə Ağdamın mərkəzində fəaliyyət göstərməsi də gələcək planlar sırasındadır.