“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışında üçüncü rəqibi məlum olub.

Rekord.az xəbər verir ki, "köhlən atlar" iyulun 15-də Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq.

Bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. Oyunun başlama saatı hələ ki, bəll deyil.

Qeyd edək ki, komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoxlama matçı keçirəcək.