“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi üçüncü günü iki məşqlə tamamlayıb.

Futbolçular günün ilk məşqini yüngül çalışmalarla başa vurub. İkinci məşq isə yerli vaxtla saat 17:30-da start götürüb. Yağışlı hava şəraitində baş tutan məşqdə futbolçular fiziki təmrinləri yerinə yetirdikdən sonra taktiki çalışmalarla hazırlığı tamamlayıb.