Çempionlar Liqasına hazırlaşan “Qarabağ“ növbəti transfer yolunda önəmli addım atıb.

Rekord.az-ın məlumatına görə, Ağdam klubu Vid Beletslə danışıqları bitirmək üzrədir.

Ötən mövsümü icarə əsasında APOEL-də keçirən qapıçı müqavilə ilə məxsus olduğu “Sampdoriya”ya qayıdıb. İtaliya klubu sloveniyalının Azərbaycana gəlməsinə razılıığıını verib.

Vidin özü də bu təklifə müsbət yanaşıb. Hazırda tərəflər 2+1 illik müqavilə şərtlərinin son detallarnı müzakirə etməkdədir.

Keçən sezon III təsnifat mərhələsində Nikosiyada “Qarabağ”a 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, Bakıda 2:0 hesablı qələbə qazanan APOEL növbəti mərhələyə adlayıb. Bu komandalar Avropa Liqasının qrupunda da rəqib olub və APOEL yenə üstün çıxış edib (2:2, 2:1).

Kipr təmsilçisinin bu qarşılaşmalarda məqsədinə çatmasının əsas səbəbkarlarından biri Vid Belets, digəri Uroq Matiçdir. “Qarabağ“ serbiyalı yarümmüdafiəçini artıq rəsmən heyətinə qatıb, indi növbə 30 yaşlı qolkiperindir.

Qurban Qurbanov onu hələ 2019-cu ilin yayında bupra gətirmək istədiyini də bildirək. Onda İbrahim Şehiçin dönüşü gündəmə gəldiyindən, baş məşqçi ümidini yaxşı tanıdıığı bosniyalıya bağlamışdı. Fəqət İbrahim “Erzurumspor“da qalmağı üstün tutdu, “Sampdoriya“ da Vidi APOEL-ə icarəyə verdi. (sportinfo.az)