Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir görüş baş tutub.

Turun qapanış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olub. Üç qolun qeydə alındığı oyun Ağdam təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, daha öncə “Sumqayıt” – “Qəbələ” (0:0) və “Zirə” – “Səbail” (2:2) matçları heç-heçə yekunlaşıb. “Turan Tovuz”  “Kəpəz”ə evdə (4:0), “Sabah” “Neftçi”yə səfərdə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
11-ci tur

30 oktyabr

“Araz-Naxçıvan” – “Qarabağ” 2:1
Qollar: Orxan Əliyev, 75-pen. Elvin Maşike, 90+2 - Olavio Juninyo, 90+7.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşovic, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 11. Adama Diakabi, 18. Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.