![photo](https://www.rekord.az/storage/uploads/5/a-104.jpg)
"Qarabağ" Avstriya toplanışını qələbə ilə başa vurdu
- 04 İyl 2023 22:00
- 345
Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" sonuncu yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) ilə üz-üzə gəlib.
"Vörgl" stadionunda baş tutan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.
"Qarabağ" Avstriyadakı ilk görüşündə Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə etmişdi - 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa "Legiya"sına uduzmuşdu - 0:2.