![photo](https://www.rekord.az/storage/uploads/4/uefa.jpeg)
“Qarabağ” Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırdı
- 18 Avq 2023 10:45
- 502
"Qarabağ" Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu buna Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın HJK komandasına 2:1 hesabı ilə qalib gəlməklə nail olub.
Bununla ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.
"Sabah" əsas və əlavə vaxtı 0:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada "Partizan"a uduzub - 4:5. "Neftçi" isə Türkiyədə "Beşiktaş"a 1:2 hesabı ilə yenilib.