Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişilik olub.

Rekord.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etməsi sayəsində gerçəkləşib.

Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo" (Brest) klubuna 3:6 hesablı məğlubiyyəti səbəb olub.

Hazırda UEFA reytinqində Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları mübarizəyə bu gün qoşulacaq. Müvafiq olaraq "Molde" və ÇFR Çempionlar Liqası matçlarında qələbə qazansalar, 24-cü sıradakı mövqe itirilə bilər.

Qeyd edək ki, "Qarabağ" 2-ci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri 25-26 avqustda keçiriləcək.