“Qarabağ” Azərbaycanı irəli saldı
- 27 Avq 2020 17:15
- 699
Azərbaycan UEFA-nın əmsallar cədvəlində bir pillə irəliləyib.
Rekord.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova “Şerif”ini 2:1 hesabı ilə məğlub etməsi nəticəsində mümkün olub.
Aktivinə 0,375 əmsal yazan Azərbaycan 15.125 xalla 26-cı yerdən 25-ci pilləyə yüksəlib. Bu irəliləyişə Rumıniyanın Çempionlar Liqasındakı təmsilçisi ÇFR-in Xorvatiya “Dinamo”su (Zaqreb) ilə 2:2 hesablı heç-heçə etməsi də kömək edib.
Xatırladaq ki, “Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki rəqibi avqustun 31-də baş tutacaq püşkatmada müəyyənləşəcək.