Avrokuboklarda qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra UEFA-nın ölkələr üzrə əmsallar cədvəli açıqlanıb.

Rekord.az xəbər verir ki, Azərbaycan yeni siyahıda 1 pillə irəliləyib.

Bu, “Qarabağ”ın Avropa Konfrans Liqasında Kipr “Omoniya”sını səfərdə məğlub etməsi (4:1) sayəsində gerçəkləşib. Belə ki, Ağdam təmsilçisi bu qələbə sayəsində Azərbaycana 0.500 xal qazandırıb. 

Cari mövsümdə bütövlükdə 2.875 xal qazanmış ölkəmiz hazırda 15.500 xalla 28-ci pillədə qərarlaşıb. Əvəzində Azərbaycanla eyni xala malik Qazaxıstan 29-cu pilləyə geriləyib. Bizdən öndə isə 15.875 xala malik Macarıstan qərarlaşıb.

Avrokubokların qrup mərhələsində qələbə 0.500, heç-heçə isə 0.250 xalla qiymətləndirilir.