"Qarabağ" ötən gecə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"la ilk oyununda qalib gəlməklə Azərbaycanın UEFA reytinqində xalını artırıb.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi ötən gün Cəbəllütariq klubunu 2:0 hesabı ilə məğlub edib.

Bununla da Qurban Qurbanovun komandası 0,250 xal qazanıb. Son 5 ilin nəticələrinə əsasən, Azərbaycan 17.250 xala malikdir və siyahıda 25-cidir. 

24-cü pillədəki Slovakiyanın 17,375 xalı var. Azərbaycanın ən yaxın izləyicisi isə Kiprdir - 17.225 xal.