Azərbaycan çempionu “Qarabağ”ın futbol üzrə Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəyi ev oyununa 15 000 bilet satılıb.

Rekord.az Ağdam klubunun feysbuk səhifəsinə istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manatdır.

Satış məntəqələri Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdır. “Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək bu oyun saat 21:45-də başlayacaq.