“Qarabağ” “Bayer”ə məğlub oldu
- 27 Okt 2023 00:53
- 611
Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın "Bayer” klubunun qonağı olub.
Leverkuzendə, “BayArena”da keçirilən oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edib.
Hər iki komandanın hesabında 6 xal vardı. Qələbə qazanan tərəf vahid liderliyi ələ keçirmiş olacaqdı. Altı qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər.
Bu gün qrupun digər matçında “Molde” (Norveç) doğma meydanda “Hakken”lə (İsveç) qarşılaşıb və 5:1 hesabıyla qalib gəlib.
Avropa Liqası
H qrupu
26 oktyabr
“Bayer” - “Qarabağ” 5:1
Qollar: Florian Virts, 4. Aleksandro Qrimaldo, 29; 55. Viktor Bonifase, 35. Edmond Tapsoba, 58 - Toral Bayramov, 16-pen.
Baş hakim: Horatiu Feşniç (Rumıniya)
Leverkuzen. “BayArena”.
Bayer: 17. Matey Kovar, 3. Pyero İnkapye, 6. Odilon Kossunu, 8. Robert Andrix (k), 10. Florian Virts, 12. Edmond Tapsoba, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 21. Amin Adli, 22. Viktor Bonifase, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 4. Conatan Ta, 7. Yonas Hofmann, 14. Patrik Şik, 18. Noa Mbamba, 23. Adam Hlojek, 25. Esekiel Palasios, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.