"Qarabağ" rəhbərliyi klubun futbol akademiyası üçün yeni baza tikmək istəsə də bu günə kimi Baklda boş ərazi tapa bilməyib.

Rekord.az xəbər verir ki, rəhbərlik vəziyyətdən çıxış yolu kimi başqa addım atmalı olub.

Belə ki, klub rəhbərliyi "Sərhədçi" İdman Kompleksinin süni örtüklü meydançasını böyüdüb standard vəziyyətə çatdırmaq, hazırkı süni qazonu yeni süni qazonla əvəzləmək haqda düşünür. Bununla bağlı kompleks rəhbərliyi ilə ilkin danışıqlar olub və razılığa gəlinib. işlərə gələn ilin əvvəllərində başlanılması gözlənilir. Sözügedən işlər başa çatandan sonra "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komadaları ev oyunlarını "Sərhədçi"də keçirəcək.