“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirində yarımfinala yüksəlib.

Rekord.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komandamız 1/4 finalda “Baltika” ilə görüşüb.

Matçın taleyini bir qol həll edib. 1:0 hesablı qələbə qazanan “Qarabağ” yarımfinala adlayıb.

Komandanın növbəti rəqibi “Pskov” olacaq. Matç sabah keçiriləcək.

U-14 qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, ardınca Belarus BATE-si ilə görüşdən xalsız ayrılıb – 0:1.