“Qarabağ” koronavirus pandemiyası dövründə ehtiyacı olan insanlara yardım edib.

Rekord.az xəbər verir ki, klub “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində bu addımı atıb.

 Belə ki, klub rəhbərliyinin dəstəyi ilə Ağdam rayonunda bir qrup imkansız ailəyə ərzaq yardımı edilib.

Xatırladaq ki, daha öncə “Qarabağ”ın sponsoru “Azərsun” Holdinq Koronavirusla Mübarizə Fonduna 2 milyon, komandanın baş məşqçisi Qurban Qurbanov 20 min, futbolçular isə 50 min manat məbləğində yardım ediblər.