"Qarabağ" İngiltərənin "Bornmut" klubu ilə əməkdaşlığa başlayır.

Rekord.az xəbər verir ki, bu məqsədlə yanvarın sonuna kimi iki klubun rəhbərliyi arasına görüşün keçirilməsi planlaşdırılır.

Bu əməkdaşlıq çərçivəsində "Qarabağ" gələcəkdə "Bornmut"dan icarə qaydasında futbolçu götürüb onların xidmətindən istifadə edə biləcək. İngilis klubu da öz növbəsində "Qarabağ"da olan istedadlı futbolçuları İngiltərəyə aparıb onların xidmətindən istifadə edə biləcək. Eyni zamanda, "Qarabağ"ın futbol akademiyasında olan gənc futbolçuların "Bornmut"a təcrübə keçməsi də əməkdaşlıq sferasına daxildi.