Avropa Liqasının pley-off mərhələsinin Bakıda “Qarabağ” və “Braqa” klublarının iştirakı ilə keçiriləcək cavab oyununa biletlər satışı davam edir.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31200 tamaşaçı tutumu malik Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə indiyə qədər 15 000 bilet satılıb.

Xatırladaq ki, biletlərin qiyməti sektordan asılı olaraq 5, 20, 30, 75, 100 və 300 manatdır.

Onları iTickets.az saytından, Bakı Park Bulvar ticarət mərkəzinin “Qarabağ” fan-şopundan, Tofiq Bəhramov adına stadionun və Heydər Əliyev Sarayının kassalarından, həmçinin “Çanqan Azərbaycan”da əldə etmək olar.

"Qarabağ" - "Braqa" matçı fevralın 22-də adıçəkilən arenada keçiriləcək və saat 21:45-də başlayacaq.