Son Azərbaycan çempionu “Qarabağ” Braziliyanın “Nautiko” klubunun futbolçusu Raldneylə anlaşıb.

Rekord.az xəbər verir ki, bu barədə “ne45.com.br” saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən “Qarabağ”a qoşulacaq.

“Köhlən atlar”ın braziliyalı futbolçu üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilir. Futbolçunun “Nautiko” ilə 2023-cü ilin yayınadək qüvvədə olan müqaviləsi var.

Raldney indiyədək yalnız Braziliya klublarında forma geyinib.