"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə keçirəcəyi matçının səfər proqramında dəyişiklik edilməyib.

Rekord.az xəbər verir ki, komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yola düşəcək.

Sabah komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.