
"Qarabağ" bu gün “Legiya" ilə qarşılaşır
- 01 İyl 2023 11:46
- 354
Yeni mövsüm üçün hazırlıqlarını Avstriyada davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa "Legiya"sı ilə üz-üzə gələcək.
"Kössen Arena"dakı görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, “Qarabağ” 2020-ci ildə, Vətən Müharibəsinin getdyi dövrdə “Legiya” ilə Avropa Liqasının pley-off mərhələsində qarşılaşmışdı. Pandemiyaya görə bir oyundan ibarət həmin mərhələdə Ağdam təmsilçisi Varşavada 3:0 hesabı ilə qalib gələrək qrupa yüksəlmişdi.
"Qarabağ" bu yay Avstriyadakı ilk yoxlama oyununda Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib - 3:3. Komanda iyulun 4-də ÇSKA (Sofiya, Bolqarıstan) ilə də qarşılaşacaq.
Yoxlama oyunu
1 iyul
20:00. Qarabağ - Legiya
"Kössen Arena"