"Qarabağ" bu limiti aşan yeganə komandadır: PFL-ə pul ödənilib
- 10 Okt 2023 13:00
- 2979
"Qarabağ" 2023-24-cü il mövsümü üçün sifariş ərizəsinə 15 legionerin adını daxil edib.
Rekord.az xəbər verir ki, Ağdam klubu bununla da ən çox legioner sifariş verən klub olub.
PFL-in əsasnaməsinə görə hər klub mövsüm ərzində sifariş ərizəsinə 14 legioner daxil edə bilər. Lakin hansısa klub 15-ci legioneri transfer etsə, bunun üçün PFL-ə rüsum ödəməlidir. Hazırda Premyer Liqada "Qarabağ"dan başqa bu limiti keçən klub yoxdur.