Qarabağ” bu mövsüm Ağdamda bir oyun keçirmək istəyir!
- 24 Sen 2023 17:00
- 445
İşğaldan azad olunan Ağdamı təmsil edən, ancaq Bakıda məskunlaşan “Qarabağ” bu mövsüm Premyer-Liqadakı ev matçlarından birini doğma çəhərdə keçirmək istəyir.
“Rekord.az” xəbər verir ki, bu istək klub rəhbərliyindən gəlib və mümkün variantlar müzakirə olunub.
Ağdamın özündə hazırda belə şərait olmadığından matçın Quzanlıda keçirilmə variantı nəzərdən keçirilib. Ancaq oradakı Olimpiya-İdman Kompleksinin meydançası yararsız vəziyyətdə olması planları pozub. Amma məsələ hələ də “Qarabağ”ın gündəmindədir.