«Neftçi»nin legioneri Sabir Buqrin yeni mövsümə «Qarabağ»da başlaya bilər,

Rekord.az xəbər verir ki, bu haqda Ağdam klubuna yaxın mənbələrdən sportinfo.az-a məlumat daxil olub.

Məlumata görə, menecerlər mərakeşli yarımmüdaiəçinin xidmətini «köhlən atlılar»a təklif edib, Belçika vətəndaşlığı da daşıyan orta sahə oyunçusuna görə istənlən məbləğ də məlumdur - 320 min dollar.

Vitse-çempion bu məbləği ödəməyə hazırdır. Hətta onlar ümid edirlər ki, Sabiri 250-270 min dollara razı salmaq da mümkündür.