«CBC Sport»da «Tok Şou»nun ikinci buraxılışı izləycilərin görüşünə gəlib.

Rekord.az xəbər verir ki, Premyer Liqanın 6 klubunun rəhbər şəxsləri Gündüz Abbaszadə ilə Rüstəm Əfsərlinin suallarını cavablandırıb.

Verilişdə elita təmsilçilərinin transfer siyasəti müzakirə olunub.

"Qarabağ" və "Səbail" bu tok-şouya qatılmayıb. Maraqlıdır ki, verilişin aparıcılarından olan Rüstəm Əfsərli "Səbail"in imtinasına elə də reaksiya verməsə də, "Qarabağ"a əməlli-başlı "ilişib". Belə məlum olub ki, Ağdam klubu telekanala üzrlü səbəbdən tok-şouya qatıla bilməyəcəklərini bilirib. Əfsərli isə efirdən "Qarabağ"a söz ataraq "Ayrıca çempionat təşkil edək, gedib orda oynasınlar. Onsuz da qaynayıb-qarışmırlar" ifadəsini işlədib.