"Qarabağ"la "CBC Sport" arasındakı məlum soyuqluqdan çoxunun xəbəri var.

Rekord.az-a daxil olan məlumata görə, bu soyuqluq münasibətlərə də ciddi şəkildə təsir edib.

Belə ki, "Qarabağ" rəhbərliyi növbəti mövsümdən etibarən avrokuboklarda seçmə mərhələ oyunlarının yayımını "İdman TV"-yə vermək haqda düşünməyə başlayıb. Düzdü, hələ yaya çox var və ona kimi münasibətlərdə istiləşmə ola bilər. Amma hazırkı durumda vəziyyət bizim yazdığımız formadadır.