"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln"a qarşı keçirəcəyi səfər matçı üçün bu gün Cəbəllütariqə yola düşüb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi yerli vaxtla 19:30-da Cəbəllütariqdə məşqə çıxacaq.

"Linkoln" - "Qarabağ" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda olacaq.