“Qarabağ”ın U-12 komandası Gürcüstanda keçirilən “Bendela Cup-2019” turnirində ikinci oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Ağdam klubunun 12 yaşlıları bu dəfə “Çixura” ilə qarşılaşıb.

Azərbaycanlı futbolçular meydanı 4:1 hesablı qələbə ilə tərk ediblər.

“Qarabağ” turnirdəki ilk oyununda Tbilisi “Dinamo”suna 0:7 hesabıyla uduzmuşdu.

Ağdam təmsilçisi qrupun son oyununda sabah "Qori" komandasıyla qarşılaşacaq.