Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının 2024/2025 mövsümündə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Rekord.az xəbər verir ki, bu, "Real"ın ÇL-in 2023/2024 mövsümünün qalibi olması ilə dəqiqləşib.

Madrid klubu finalda Dortmund "Borussiya"sına qalib gəlib və tarixində 15-ci dəfə ÇL kubokuna sahib çıxıb. 

Beləliklə, növbəti mövsümündə 1-ci təsnifat mərhələsində 28 komanda çıxış edəcək. “Qarabağ” da daxil olmaqla 10 komandanın mübarizəyə başlayacağı 2-ci tura 14 klub qoşulacaq.