“Qarabağ” əcnəbi qapıçı axtarışına çıxıb.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Qurban Qurbanov buna ehtiyac yarandığını düşünür.

Hazırda əsas qapıçı Şahruddin Məhəməddəliyev olsa da onun zaman-zaman həm klubda, həm də millidə səhvləri olur. İkinci qapıçı Emil Balayev də tam olaraq ümidləri doğurultmur. Bundan başqa, Balayev klubundakı durumundan da narazıdır və daimi oynamaq imkanı qazanacağı kluba keçmək istəyir. Qurbanov da bunların fonunda təcrübəli legioner qapıçı transferini vacib sayır. Üstəlik, nəzərə alaq ki, Ağdam klubu Konfrans Liqasında qrup səddini açmaqğa da yaxındır ki, bu amilin özü də daha təcrübəli və səviyyəli qapıçının transferini şərtləndirir. Çünki komanda qrup səddini dəf edəcəyin halda komanda avrokuboklardakı çıxışını 2022-ci ildə də davam etdirəcək.