«Qarabağ» iki legionerlə danışıqları yekunlaşdırıb.

Rekord.az xəbər verir ki, bu barədı sportinfo.az klubdan məlumat daxil olub.

Bildirib ki, xeyli müddətdir maraq dairəsinə düşən futbolçularla prinsipial razılıq əldə edilib. Hələlik adları gizli saxlanılan oyunçulardan biri hücumçu, digəri mərkəz müdafiəçisidir.

Bu transferlər gələn mövsüm üçün nəzərdə tutulub. «Qarabağ» onların klubları ilə müqaviləsi olmasını nəzərə alaraq, artıq xərcə düşmək istəməyib və yayadək gözləməyi lazım bilib.