“Qarabağ” Dani Kintananı itirdi
- 07 Noy 2019 22:16
- 984
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu dəqiqələrdə Kiprin APOEL klubu ilə qarşılaşır.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə keçirilən bu oyunun əvvəlindəcə ciddi itki ilə üzləşib.
Belə ki, yarımmüdafiəçi Dani Kintana ayağından aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib. Həkimlərin müdaxiləsi də fayda vermədiyindən məşqçilər korpusu 16-cı dəqiqədə Kintananın əvəzində meydana Maqaye Qeyeni buraxıblar.
Qeyd edək ki, hazırda “Qarabağ” APOEL-ə 1:0 hesabı ilə qalib gəlir.