“Qarabağ” Daninin yeni klubunu açıqladı
- 03 Fev 2020 18:40
- 835
“Qarabağ”ın Dani Kintana ilə yollarını ayırdığını xəbər vermişdik.
Rekord.az xəbər verir ki, ispan futbolçu karyerasını Çinin “Tsendu Sintsen” klubunda davam etdirəcək. Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.
Dani bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən təlim-məşq düşərgəsinə yollanacaq. “Tsendu Sintsen” klubu Çinin 2-ci liqasında mübarizə aparır.
2015-ci ildən “Qarabağ”da forma geyinən Dani, 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.