"Qarabağ" ilk transferini həyata keçirib.

Rekord.az azerisport.com-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina ilə anlaşıb.

27 yaşlı stopperin son klubu Portuqaliya təmsilçisi "Deportivu Şaviş" olub. Müqavilənin detalları açıqlanmasa da, Medina artıq Ağdam komandasının futbolçusu sayılır.

Qeyd edək ki, Medina əvvəllər Portuqaliyanın "Naval", "Mura", "Sintrens", "Pinalnovens" və "Akademika Viseu" klublarında çıxış edib.