“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti sınağına çıxıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsi çərçivəsində Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşıb.

Zaqreb təmsilçisi ilə ilk oyun səfərdə keçirilib. Görüşü İsveçdən olan hakimlər briqadası idarə edib.

“Dinamo” ÇL mübarizəsinə məhz bu mərhələdən start verib. “Qarabağ” isə avrokubok mövsümünə turnirin 2-ci təsnifat mərhələsindən başlayıb. Qurban Qurbanovun yetirmələri startda “Linkoln”u (Cəbəllüttariq), 3-cü təsnifat mərhələsində isə “Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdırıb.

"Dinamo" ilə ilk oyunda isə rəqib komanda 3:0 hesablı qələbəyə sevinib. Cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Çempionlar Liqası
Pley-offun ilk oyunu

20 avqust
 
“Dinamo” – “Qarabağ” 3:0
Qollar: Marko Pyaça, 29. Sandro Kulenoviç, 75; 80.
Baş hakim: Qlenn Nyuberq (İsveç)
Zaqreb. Maksimir stadionu.

Dinamo: 33. İvan Nevistiç, 22. Stefan Ristovski, 28. Kelvin Teofile-Ketrin, 13. Sami Mmae, 18. Ronael Pyer-Qabriel, 27. Yosip Mişiç, 20. Marko Pyaça, 25. Petar Suşiç, 10. Martin Baturina, 11. Arber Hoca, 9. Bruno Petkoviç (k).
Ehtiyat oyunçular: 1. Daniyel Zaqoraç, 23. İvan Filipoviç, 3. Takuya Oqivara, 4. Raul Torrente, 6. Maksim Bernaur, 8. Lukas Kaçavenda, 17. Sandro Kulenoviç, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Baş məşqçi: Sergey Yakiroviç.
Qarabağ: 97. Fabiyan Buntiç,  44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 66. Patrik Andrade, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov,55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.