Xəbər verdiyimiz kimi, uzun müddətdir hücumçu axtarışlarını davam etdirən "Qarabağ" nəhayət istəyinə çatıb və seneqallı İbrahima Vadjini heyətinə qatıb.

Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçunun son klubu Norveçin "Hauqesund" komandası olub.

Əldə etdiyimiz məlumata görə, Ağdam klubu bununla da legioner transferini yekunlaşdırıb. Qurban Qurbanov ilin sonuna kimi hazırkı heyətlə oynayacaq.