![photo](https://www.rekord.az/storage/uploads/5/cf1a1f32-a565-345c-996c-6ccd7c8715ad-850.jpg)
“Qarabağ” favoritdir, amma onları təəccübləndirməyə çalışacağıq”
- 06 İyl 2023 01:10
- 322
"Bizi kifayət qədər çətin oyun gözləyir. Rəqib açıq-aşkar favoritdir".
Rekord.az xəbər verir ki, bunu Cəbəllüttariq çempionu "Linkoln"un futbolçusu Marko Rosa UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə klubun rəsmi saytına açıqlamasında deyib.
İspaniyalı yarımmüdafiəçi Ağdam klubundan çəkindiklərini etiraf etsə də, futbolda hər şeyin mümkün olduğunu bildirib: "Oyunun gözəlliyi də bundadır. Uduzmamağa və onları təəccübləndirməyə çalışacağıq. Hər zaman öz şanslarımıza inanırıq".
"Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.