"Qarabağ" futbolçusu Olavio Juninyo üçün Braziliyanın "Flamenqo" klubunun ilk təklifini rədd edib.


Rekord.az xəbər verir ki, bu barədə yerli "Terra" nəşri məlumat yayıb.


Lakin tərəflər arasında danışıqlar davam edir və A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu üçün daha bir müraciəti olacaq.


Azərbaycan çempionunun bu keçidə görə təxminən 6 milyon avro istədiyi yazılıb. Hazırda "Flamenqo" bu məbləği azaltmağa çalışır.


Qeyd edək ki, "qırmızı-qaralar" oyunçunu 4 milyon avroya transfer etmək istəyib. Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.