Fransa yığmasının sabiq müdafiəçisi Adil Raminin yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra “Boavişta”nın uğurları üçün çalışacaq.

Fransa millisi ilə DÇ-2018-in qalibi olmuş Adillə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Fransız Portuqaliya klubuna keçməzdən əvvəl “Qarabağ“a təklif olunub. illik 400 min avroya. Azərbaycan çempionu intizama riayət etməyən, gecə həyatına aludə olan, bir sözlə, problemli futbolçu keçmişinə görə onunla əməkdaşlıqdan imtina edib.

Geridə qalan mövsümə “Fənərbaxça”da başlayan Rami qışda “Soçi”yə keçmişdi. Amma o, bu komandada rəsmi oyuna çıxmadan Rusiya karyerasını başa vurub. Adil karyerası ərzində “Olimpik” (Marsel), “Sevilya”, “Milan”, “Valensiya” və “Lill”in də formasını geyinib. (sportinfo.az)