“Qarabağ” futbolçularını milliyə göndərmədi
- 2020-02-10 17:40
- 683
Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasında 2 futbolçu hazırlıqda iştirak etməyib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ” klubunun müraciəti əsasında qarşılıqlı razılaşmaya uyğun olaraq komandanın üzvləri – İsmayıl İbrahimli və Hacıağa Hacılı hazırlıq prosesinə qatılmayıb.