İcarə əsasında “Sumqayıt”da forma geyinən Nicat Mehbalıyev “Qarabağ”a qayıdıb.

Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsümün ilk yarısını “Sumqayıt”da keçirən qapıçı, Ağdam klubuna geri dönüb. Nicat artıq komanda ilə məşqlərə başlayıb.

Mehbalıyevin “Sumqayıt”la icarə müqaviləsi mövsümün sonuna qədər idi.