"Şamaxı" "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimlini mövsümün sonuna kimi icarəyə götürmək istəsə də, bu, baş tutmayıb.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi futbolçusunu buraxmamağa qərar verib.

Həm komandanın istədiyi transferləri həyata keçirə bilməməsi, həm də son günlər ard-arda gələn zədələr və heyətdə olan itkilər Qurban Qurbanovun İsmayılı saxlaması ilə bağlı qərar verməsinə səbəb olub.