“Qarabağ” klubu keçmiş futbolçusu Donald Geryeni transfer edib.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi “facebook” hesabı məlumat yayıb. Geryenin transferinin detalları isə hələ açıqlanmayıb.

Donald Gerye 2017-2019-cu illər ərzində də “Qarabağ”da çıxış edib. O, Ağdam təmsilçisindən ayrıldıqdan sonra “Neftçi”yə keçmişdi. Gerye “Qarabağ”la ikiqat Azərbaycan çempionu (2018, 2019) olub.