Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bu gün İsrailin "Aşdod" klubunu qəbul edəcək "Qarabağ" bu oyuna hazırlığını tamamlayıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi ötən gün "Azərsun Arena"da oyun öncəsi son məşqinə çıxıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq.