“Qarabağ” - HJK matçının vaxtı və məkanı bəlli oldu
- 03 Avq 2023 16:31
- 571
Çempionlar Liqasındakı çıxışını yekunlaşdıran "Qarabağ" avrokubok macərasında Avropa Liqasında davam edəcək.
Rekord.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində HJK ilə (Finlandiya) qarşılaşacaq Ağdam klubunun ilk oyunun başlama saatı və məkanı dəqiqləşib.
Qarşılaşma avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş 20:00-da start götürəcək.
Cavab qarşılaşması isə avqustun 17-də Helsinkidə keçiriləcək.