Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilə başa çatıb.

Rekord.az xəbər verir ki, bu gün 12-ci tura start verilib.

Turun açılış qarşılaşması Sumqayıtda baş tutub. Belə ki, yerli komanda lider “Qarabağ”ı qəbul edib. Ağdam klubu bu qarşılaşmadan da qalibiyyətlə ayrılsaydı, sona 2 tur qalmış komandanın 2019-cu ili lider kimi tamamlayacağı dəqiqləşəcəkdi və çempionatın lideri qış çempionu olacaqdı.

Matçda hesabı da Ağdam təmsilçisi açıb. Amma fasilədən sonra iki qol vurmağa nail olan sumqayıtlılar əzmkar qələbəyə seviniblər. Bu, "Qarabağ"ın cari mövsümdəki ilk məğlubiyyəti olub.

Azərbaycan Premyer Liqası
12-ci tur

22 noyabr

“Sumqayıt” – “Qarabağ” 2:1
Qol: P.Babayi, 65; 68 - X.Romero, 36.
Qırmızı vərəqə: İ.İbrahimli, 71.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena”.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 7. Araz Abdullayev, 10. Dani Kintana, 6. Simeon Slavçev, 23. Faysal Rerras, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.