“Qarabağ” ilk transferini rəsmən açıqladı
- 10 İyn 2024 20:39
- 260
“Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, Ağdam klubu qapıçı Fabiyan Buntiçi heyətə cəlb edib.
Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə 3 illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər bu komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, Ağdam klubunun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.