
"Qarabağ" İspaniyaya gedəcək
- 02 İyl 2023 18:15
- 298
“Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq.
Rekord.az xəbər verir ki, burada 4 gün məskunlaşacaq Ağdam təmsilçisi iyulun 9-da Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllüttariqə yollanacaq.
Qeyd edək ki, Ağdam klubu Avstriyada son yoxlama oyununu iyulun 4-ü Bolqarıstanın ÇSKA (Sofiya) klubuna qarşı keçirəcək.