Əsas hücumçusu Juninyonu "Sevilya"ya satan "Qarabağ" onun yerini doldurmaq niyyətindədi. "Rekord.az" xəbər verir ki, braziliyalı forvardın əvəzinə elə braziliyalı gətirilə bilər. 


Əldə etdiyimiz məlumata görə, Ağdam təmsilçisinə hazırda İspaniya La Liqa 2-də mübarizə aparan "Ovyedo"da çıxış edən Alemao təklif edilib. Futbolçu Polşa vətəndaşlığına malikdi və ictimaiyyət onu Aleksander Juravski kimi də tanıyır. Hücumçu müqavilə ilə Braziliya "İnternasional"ına məxsusdu və ispan klubunda icarə əsasında çıxış edir. Juravski burada 48 oyuna 11 qolla fərqlənib və komandanşn qol ümididi. 


26 yaşlı forvard menecerlər vasitəsilə "Qarabağ"a təklif edilib və ilkin danışıqlar aparılıb. Amma hələ ki, razılıq yoxdu. Danışıqlar futbolçunun transfer qiymətinin çox olması səbəbindən ləngiyir. Klubu futbolçuya görə ən az 3 milyon avro transfer haqqı istəyir ki, "Qarabağ" bunun ancaq 1 milyonunu verməyə hazırdı.