![photo](https://www.rekord.az/storage/news/2025_02_06/kadi_1738826539.jpg)
“Qarabağ” Kadinin formalarını satışa çıxardı
- 13:40
- 34
"Qarabağ" futbolçusu Kadi Borgesin imzalı formalarını satışa çıxarıb.
Rekord.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Azarkeşlərim məhdud sayda olan formaları Park Bulvar AVM-in 2-ci mərtəbəsində fəaliyyət göstərən "Qarabağ" fan-şopundan əldə edə bilər.
Xatırladaq ki, fevralın 4-də "Qarabağ" sabiq futbolçusu Kadi Borgeslə 4 illik müqavilə imzaladığını açıqlayıb. O, Macarıstanın "Ferentsvaroş" klubundan transfer olunub.